Türkiyənin xeyriyyə qurumu “İHH İnsani Yardım Vakfı”-a 115.000 TL məbləğində yardım göndərdik.
Dost xeyriyyə cəmiyyəti “İHH İnsani Yardım Vakfı” hazırda Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara yardım üçün bütün qüvvələrini səfərbər edib.
“İHH İnsani Yardım Vakfı” hazırda 1461 nəfərdən təşkil edilmiş xüsusi təlim görmüş və lazımi maddi texniki təminatlı 65 axtarış-xilasetmə komandası və xüsusi təyinatlı itlərlə zəlzələ bölgələrində fasiləsiz xidmət göstərməkdədir. Ayrıca olaraq 1622 nəfərdən ibarət təcili yardım komandası ilə də qida, sığınacaq və geyim yardımları çatdırmaqdadır.
Biz də qardaş ölkə Türkiyədəki zəlzələ qurbanlarına dəstək olmaq üçün xilasetmə tədbirləri, yaralıların təxliyyəsi və bu istiqamətdə aparılan işlərdə aktiv iştirak edən xeyriyyə qurumuna 115.000 TL məbləğində yardım göndərdik.
Türk soydaşlarımızın ehtiyaclarının qarşılanmağında və bu istiqamətdə digər xidmətləri ilə də onların qayğısına qalan “İHH İnsani Yardım Vakfı”-a öz adımızdan və xalqımız adından təşəkkürümüzü bildiririk.
Zəlzələ nəticəsində həlak olmuş qardaş və bacılarımızın ailə üzvlərinə başsağlığı diləyir, dağıntılar altından qalanların qurtulmasını və yaralıların qısa zamanda sağlıqlarına qovuşması üçün dua edirik.
Siz də Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində dəyən ziyanın aradan qaldırılması məqsədilə “İHH İnsani Yardım Vakfı”-a ianə etmək üçün
www.ihh.org.tr veb saytı və Ziraat Bankası-TR66 0001 0004 8802 1249 9450 07 hesab nömrəsi vasitəsilə ianə edə və ya ianələrinizin onlara çatdırılmağı üçün bizə müraciət edə bilərsiniz.
Əlaqə nömrəmiz: +994559745000
“Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.”
Qurani Kərim, 94/5
Şərh yaz