dayaq ihh post

Qardaş ölkədə baş vermiş təbii fəlakətdən xəbər aldığımız an özümüzə sual verdik: Öz soydaşlarımıza necə yardım edə bilərik?

 

Beləcə, Türkiyədəki dost xeyriyyə qurumu “İHH İnsani Yardım Vakfı”-da çalışan qardaşlarımızla əlaqə saxladıq və ehtiyaclarını öyrəndik. Danışıqlar nəticəsində maddi yardımla daha faydalı ola biləcəyimizi düşündük və ianəçilərimizin birliyi sayəsində qısa zamanda toplanmış 115 000 TL məbləği “İHH İnsani Yardım Vakfı”-a göndərdik. Bu məbləğin 2000 AZN-i konfrans büdcəsindən qardaş Türkiyədə yaşanan zəlzələ qurbanları türk övladları üçün göndərilmişdir. Türkiyəli soydaşlarımızın ehtiyaclarını qarşılayan, onların qayğısına qalan “İHH İnsani Yardım Vakfı”-a öz adımızdan və xalqımız adından təşəkkürümüzü bildiririk.

Zəlzələ nəticəsində həlak olmuş qardaş və bacılarımızın ailə üzvlərinə başsağlığı, yaxınlarına səbr diləyirik.