IMG 4866 scaled
IMG 4876 1
image 50392065
34cc9fe8 00b6 4bbe ab0f c99294ca4515
IMG 20210828 WA0030 1

KÖNÜLLÜ HƏKİMLƏRİMİZLƏ EHTİYYACLILARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏYİK

Xəstəliklərdən əziyyət çəkən ehtiyaclı insanların qayğısına qalmaq “Dayaq Xeyriyyə”-in əsas məqsədlərindən biridir. “Dayaq Xeyriyyə” bu istiqamətdə fəaliyyətini “Dayaq tibb” layihəsi adı altında həyata keçirir. Müraciət edənlərin tibbi ehtiyacları ilkin olaraq araşdırma qrupu tərəfindən müəyyənləşdirilib müzakirə edildikdən və təsdiqləndikdən sonra onlar uyğun tibb müəssisələrinə yönləndirilirlər.

Müvafiq müayinə və müalicə prosedurlarının gedişatı nəzarətimizdə saxlanılır. Ehtiyaclılar üçün müalicə-bərpa işlərindən tutmuş səfil həyatı keçirən insanların sağlamlığının qayğısına qalınmağına qədər müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk.

Bu fəaliyyətimiz əməkdaşlıq etdiyimiz klinikalar, laboratoriyalar, reabilitasiya mərkəzləri və fərdi həkimlərin təmənnasız və ya xüsusi endirimli qiymətlər əsasında göstərdikləri xidmətlərlə həyata keçirilir. Müalicə müddətində ehtiyaclı insanlar bizim tərəfimizdən zəruri dərman vasitələri və ya digər tibbi ləvazimatlarla da təmin olunurlar

Play Video