311586742 2995775487234501 1424070491107276444 n
Əziz dostlar,
 
 
Öncəki paylaşımlarda aztəminatlı ailələrin məişət əşyasına ehtiyacı olması ilə bağlı məlumatı sizinlə bölüşmüşdük.
Xeyirsevər insanlar tərəfindən ehtiyaclı ailələrə çatdırılmağından ötrü soyuducu bağışlandı və müəyyən miqdarda maddi yardım edildi.
Soyuducu ehtiyaclı ailəyə çatdırıldı. Digər ehtiyacları maddi yardım hesabına qarşılayıb, hesabatlılığı yaxın günlərdə sizinlə bölüşəcəyik.
Əziz xeyirsevərlər, digər aztəminatlı ailələrin paltaryuyan, qızdırıcı soba və televizor kimi məişət əşyaları ehtiyaclarını qarşılamaq üçün istifadəyə yararlı məişət əşyası varsa, bizə yönləndirməklə və ya kiçik məbləğ belə olsa maddi yardım etməklə dəstək ola bilərsiniz. Dəstəyini əsirgəməyən hər kəsə minnətdarıq.
 

İanə etmək üçün

planning programs3

Ödəniş etdikdən sonra çekin şəklini çəkib +994 559745000 nömrəsinin whatsapp-na göndərməyiniz xahiş olunur.