loveicon

İnsana yaxşılıq qalacaq

Ehtiyyacların qarşılanması üçün...

Bizə yardım üçün müraciət etdikdən sonra araşdırma qrupuna yönləndirilən və onların müvafiq rəyindən sonra himayəyə götürülən ailələr ehtiyaclarına uyğun olaraq tərəfimizdən təqdim edilən müxtəlif yardımları ala bilirlər. Ailələrin ərzaq ehtiyaclarının qarşılanmağı üçün edilən yardımlarla yanaşı, onların məişət şəraitinin yaxşılaşdırılması üçün təmir-tikinti işlərinin, məişət əşyalarının təmini, kirayə haqlarının ödənilməsi, tibbi ehtiyaclarının qarşılanmağı, təhsil və tədris sahəsində onlara dəstək göstərilməsi xeyriyyə fəaliyyətimizin tərkib hissəsidir.

3r532tr 01 1 1 scaled

                                                                                                                                                           

oba kart 02 1 02 03 03

OBA Kart

Dayaq Xeyriyyə Cəmiyyəti və OBA Marketlər Şəbəkəsi arasında əməkdaşlıqla təqdim olunan ‘OBA Kart’ – ehtiyac sahibi ailələr üçün nəzərdə tutulmuş xüsusi alış-veriş kartıdır. Bu əməkdaşlıq nəticəsində müəyyən məbləğ dəyərində “OBA Kart” təqdim olunan ailələr “OBA” marketlərindən əsas ərzaq məhsulları, alkoqolsuz içkilər və gündəlik zəruri tələbat mallarını şəffaf şəkildə və öz real ehtiyaclarına uyğun olaraq əldə edə bilirlər. Beləliklə, yardımın hara və necə istifadə edildiyi tam bəlli olur və hər bir ailəyə ehtiyac yönümlü dəstək təmin edilir. Qeyd edək ki, bu kartdan istifadə zamanı spirtli içkilər, energetik içkilər, məişət əşyaları, kosmetik məhsullar, tütün və tütün məmulatları kimi məhsulların alınması mümkün deyildir.

İnsana yaxşılıq qalacaq

loveicon

Lahiyələrimiz

loveicon
logo
logo

İnsana yaxşılıq qalacaq

logo

Elanlar

İnsana yaxşılıq qalacaq