KONFRANS HAQQINDA

Live mentors komandası Dayaq Xeyriyyə Cəmiyyətinin tabeliyində olmaqla eyni məqsədli fəaliyyətin daha dar, niş kontingentlə daha spesifik xeyriyyə məqsədləri üçün çalışan heyətdən ibarətdir. Məqsədimiz stomatologiyanın inkişafı üçün konfrans və seminarların təşkili və əldə edilən gəlirlərin xeyriyyə məqsədi üçün xərclənməsi ilə həyat xilas etməkdir. Uca Allahın izni ilə komandamız azyaşlı ehtiyaclı uşaqların müayinə, müalicə, cərrahi əməliyyat olunmasından tutmuş, əməliyyat öncəsi və əməliyyat sonrası qayğılarının çəkilməsi kimi işləri maliyyələşdirmək üçün fəaliyyət göstərir. Kontingentimiz təşkilatçılığını həyata keçirdiyimiz konfrans, seminar və digər bu tipli tədbirlərin iştirakçıları olan stomatologiya sahəsinin beynəlxalq və yerli nümayəndələridir. Stoma tologiya sahəsinin inkişafı və xeyriyyə töhfələrimiz kimi iki qayəsi olan işimiz motivasiyamızın əsasıdır. 

I Stomatoloji Xeyriyyə Konfransı
Birinci Stomatoloji Xeyriyyə Konfransı “Dayaq Xeyriyyə” təşkilatçılığı və Caspident şirkətinin baş sponsorluğu ilə keçirildi. Konfransa ümumilikdə 364 iştirakçı qatıldı. Spikerlər, tərəfdaşlar və təşkilati heyətin fədakarlığı sayəsində konfransın təşkilati xərclərinin böyük hissəsi qarşılandı. Toplanan vəsaitin ümumi məbləği 55,968 AZN oldu. Bu konfrans, stomatoloji sahədə çalışan mütəxəssisləri bir araya gətirməklə yanaşı, xeyriyyəçilik məqsədilə böyük bir dəstək kampaniyasına çevrildi.


II Stomatoloji Xeyriyyə Konfransı
İkinci Stomatoloji Xeyriyyə Konfransı 17 iyun tarixində Baku Boulevard Marriott otelində baş tutdu. Konfransa 371 iştirakçı qatıldı və baş sponsor Voxel şirkəti oldu. 17 stomatoloji şirkət sərgidə iştirak edərək, konfransa əlavə dəstək verdi. Bu tədbir çərçivəsində təşkil olunan seminar və konfrans sayəsində ümumilikdə 107,295.47 AZN vəsait toplandı (90,324.07 AZN konfransdan, 16,971.40 AZN seminardan). Təşkilati xərclərə qənaət edilməklə 74,262.24 AZN əlavə dəstək vəsaiti əldə olundu. Bu konfrans birinci tədbirdən daha geniş miqyaslı oldu və xeyriyyəçilik məqsədilə toplanan vəsaitin həcmi artdı.


III Stomatoloji Xeyriyyə Konfransı
Üçüncü Stomatoloji Xeyriyyə Konfransı 13 oktyabr 2024-cü ildə Fairmont Baku, Flame Towers otelində təşkil olundu. Konfransa 400-dən çox iştirakçı qatıldı və baş sponsor İvoclar şirkəti oldu. Sərgidə 15 stomatoloji şirkət iştirak edərək, sahə üzrə yeniliklərini təqdim etdi. Təşkilati xərclərə 69,722.04 AZN qənaət edilməsi mümkün oldu və bu konfrans sayəsində xeyriyyə məqsədilə toplanan vəsait əvvəlki tədbirlərə nisbətən daha da artırıldı. Konfrans həm elmi-praktik məzmunu, həm də sosial yönümlü məqsədi ilə iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Daha çox foto üçün instagram səhifəmizin bio hissəsinə daxil olun. Link https://bit.ly/3D865Dm


FOTO QALEREYA