Stom foto blog
“Stomatoloji Dayaq” layihəmiz çərçivəsində aztəminatlı ailələr üçün əlçatmaz və bahalı sahə olan stomatologiyanı daha əlçatan etdik.
İkinci Qarabağ müharibəsi qazisi olan X.Əhmədovun implant əməliyyatı Aynur Əliyeva tərəfindən təmənnasız həyata keçirilmişdir. Qeyd edək ki, əməliyyatda istifadə olunan 7 ədəd implant üçün maddi dəstək “Yaşat” fondu tərəfindən qarşılanmışdır.
-Təşkilati dəstəyə görə “Dental Update” müasir stomatoloji mərkəzə və klinika rəhbəri Azər Məmmədova;
-Texniki dəstəyə görə Arzu Tayıbovaya;
-İmplant əməliyyatlarını təmənnasız həyata keçirdiyi üçün Aynur Əliyevaya dərin təşəkkürürmüzü bildiririk.
Təmənnasız şəkildə göstərilən stomatoloji xidmətlər:

-Diş müalicəsi- 16
-Diş bərpası- 14
-İmplant- 7
-Diş çəkimi- 7
-Auqmentasia- 1
-Sinus liftinq- 2
-Zirkon keramika-14
-3D tomoqrafiya-1

Stom.dayaq.az saytına keçid etməklə “Stomatoloji Dayaq” layihəmiz haqqında ətraflı məlumat ala, hesabatla tanış ola bilərsiniz.
Həyat sizin gülüşünüzlə gözəldir!