PHOTO 2022 12 30 10 38 51 e1672382676767
“Dayaq Xeyriyyə” NETTY Milli İnternet Mükafatının qalibi oldu!
 
 17.12.2022 tarixində keçirilən Milli İnternet Mükafatı olan NETTY müsabiqəsinin dövlət və ictimai təşkilatların saytları, tətbiqləri, sosial səhifələri, sosial əhəmiyyətli və dövlət resursların iştirak etdiyi tədbirində “Dövlət və Cəmiyyət” nominasiyası üzrə qalib seçildik.
“Dayaq Xeyriyyə”-nin fəaliyyətini əks etdirən www.dayaq.az saytımızın məqsədi xeyriyyəçilik ənənələrinin təbliğidir. Xeyriyyə işinə dəyər verən və qiymətləndirən hər kəsə təşəkkürümüzü bildiririk.
Siz də sayta keçid edərək layihələrimizlə tanış ola və bu xeyir işlərdə bizə qoşula bilərsiniz.
Saytın quruculuğunda, idarə edilməsində və daimi təkmilləşdirilməyində əməyi olan “Dayaq Xeyriyyə”-in idarə heyətinin üzvü Mirzə Məhərrəmova və rəhbərlik etdiyi www.proton.az komandasına təşəkkür edirik.
 
… Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.
Quran 2/195