istockphoto 493653152 612x612 1

Əziz dostlar,

2023-cü il Fevral ayının ümumi hesabatını Sizə təqdim edirik.

Fevral ayında da ehtiyaclı ailələrin övladlarına və valideyn himayəsindən məhrum uşaqların təhsilinə, geyiminə, ehtiyaclıların tibbi xərclərinə, eləcə də aztəminatlı ailələrə müxtəlif istiqamətlərdə yardım etməklə onlara dəstək olmağa çalışdıq.

Layihələrimizin həyata keçirilməsində maddi dəstək olan və aktiv iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, yardımlarımız üç istiqamətdə həyata keçirilir:

İanə büdcəsindən maliyyələşən fəaliyyətlərimiz;

İanə edilən mal və əşyaların ehtiyaclılara çatdırılması;

İanəçilər tərəfindən ehtiyaclılara edilən birbaşa yardımlar.