235f97f2 25dc 4084 9eea b31ad3b04761

Warning: printf(): Too few arguments in /home6/dayaqweiunbf/public_html/wp-content/themes/loveicon/inc/template-tags.php on line 50

Əziz dostlar,

Hər birinizin tanıdığı Əlizaman balamızın Türkiyənin “LİV” xəstəxanasında baş tutan cərrahi əməliyyatının uğurlu keçdiyi məlumatını sizinlə paylaşmışdıq. Əlizamanın anası Arzu xanımın əməliyyatın baş tutmasında, məbləğin toplanmasında əməyi olan və konfransda iştirak edən hər kəsə təşəkkürü var.  Artıq Əlizaman Azərbaycana – evinə geri dönmüşdür. Səhhətində ümumilikdə hər şey qaydasındadır və ailəsi ilə birlikdədir.  Vəd verdiyimiz kimi “I Stomatoloji Xeyriyyə konfransı”-dan toplanan gəlirin ehtiyaclı ailələrin övladlarının sağlamlıqlarına qovuşması istiqamətində həyata keçirdiyimiz 1 layihənin başa çatdığını sevinc və Uca Allaha minnətdarlıq hissi ilə elan edirik. Qeyd edək ki, Əlizamanın moyamoya xəstəliyindən qurtulmağı üçün indirekt revaskülarizasyon əməliyyatının keçirilməsini əhatə edən layihəmiz başladıqdan bitdiyi tarixə qədər xərcləri:

•.Aviabilet xərcləri – 1535 AZN;
• Cərrahi əməliyyatın həyata keçirilməsi üçün ödəniş – $ 15000 ekvivalentində 25537,50 AZN;
• Digər xəstəxana xərcləri – $3278 ekvivalentində 5580,79 AZN;
• Qonaqlama (otel) xərcləri – $1200 ekvivalentində 2043 AZN;
• Dərman xərcləri – 3464 TL ekvivalentində 325,62 AZN10.60 AZN olmaqla cəmi 336,22 AZN;
• Ərzaq və digər gündəlik tələbat malları xərcləri – 3587,54 TL ekvivalentində 337.22 AZN
• Əməliyyat sonrası digər tibbi xərclərin qarşılanmağı üçün – $451 ekvivalentində 767,82 AZN olmaqla, ümumilikdə 36137,55 AZN təşkil etmişdir.

Bu vəsaitin 4436 AZN-i Əlizamanın sağalmağı üçün öncədən paylaşdığımız çağırış postlarımız zamanı toplanmışdır. Beləliklə, layihə üçün konfransdan toplanan büdcədən 31701.55 AZN xərclənmişdir. Bu məbləğ xərcləndikdən sonra qeyd edilən büdcədə 55.968 AZN31701.55 = 24266.45 AZN vəsait qalmışdır. Növbəti silsilə postlarımızda qeyd edilən büdcədən xərclər barədə də hesabat paylaşılacaqdır.