“YAŞAT” Fondunun təşkil etdiyi Yay Düşərgəsində, Dayaq Xeyriyyə Cəmiyyətinin Stomatoloji layihəsi çərçivəsində uşaqlar üçün “Ağız boşluğu gigiyenası” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbir zamanı göstərdiyi dəyərli dəstəyə və uşaqları diş pastası və fırçaları ilə təmin etdiyi üçün @zubochistka.az – a xüsusi təşəkkürümüzü bildiririk. 💚

Həyata keçirilən bu təlim uşaqlar tərəfindən böyük maraqla qarşılandı. Artıq iki həftəsidir davam edən layihə qarşıdakı yeddi həftə ərzində də davam edəcək və ümumilikdə təxminən 500 – ə yaxın uşağı əhatə edəcək.

Layihənin uğurla icrasında əvəzsiz rolu olan könüllü stomatoloqlarımıza, sponsorumuza və bu təşəbbüsün reallaşmasına şərait yaratdığı üçün “YAŞAT” Fonduna dərin minnətdarlığımızı bildiririk. ✨

Videoya keçid etmək üçün: https://www.instagram.com/p/DLhpeZENnEr/

20250626 153046 1