“Dayaq” Xeyriyyə Cəmiyyətində xanımlara yönəlmiş xüsusi qrup təlimi keçirildi!
Psixoloq Sülhiyyə Feyziyeva tərəfindən təşkil olunan bu sessiyada iştirakçılar qrup formatında müxtəlif psixoloji texnikalar və praktiki tapşırıqlar vasitəsilə emosional ifadə, özünəinam və özünüifadə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təlimlərdən yararlandılar.
Həmçinin, həkim-terapevt Dilşad Rəhimova xanımlara mövsümi xəstəliklər, onların qarşısının alınması və gündəlik profilaktik tədbirlər barədə faydalı məlumatlar verdi.
Layihəmizin məqsədi bir ailəyə mənəvi dayaq olmaqdir. Qeyd edək ki, daha öncə həmin xanımların övladları ilə də təlim keçirilmişdi.
Bu layihədə göstərdiyi peşəkar və səmimi könüllü dəstəyə görə psixoloq Sülhiyyə Feyziyeva və həkim-terapevt Dilşad Rəhimovaya təşəkkür edirik. Onlar kimi mütəxəssislərin iştirakı sayəsində “Dayaq” ailəsi daha çox ailəyə toxuna bilir.
📣 Əgər siz də bir uşağın həyatında fərq yaratmaq istəyirsinizsə, “Dayaq” könüllüləri sırasına qoşulun!