Vətən uğrunda döyüşərək qəhrəmanlıq göstərmiş qazimiz Vahid Baxşəliyev dişlərində ciddi problemlər yaşayırdı. Diş çürükləri, damaq boşluğu və güclü ağrılar səbəbindən bizə müraciət etdi. Qazimizə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün təcrübəli həkimlərimiz hərəkətə keçdi. Doktor Hüseyn Hüseynzadə, doktor Cavanşir Talıbov, diş texnik Lələkişi Lələkişizadə və diş texniki Ramiz Cəlilovun iştirakı ilə Vahid bəyin müalicəsi uğurla aparıldı. Müalicə çərçivəsində ona 5 ədəd implant qoyuldu və implantüstü protez hazırlandı. Bu prosedurlar nəticəsində qazimizin diş sağlamlığı bərpa edildi və rahatlıqla yemək yeyə bilməsi təmin olundu.