Dayaq” Xeyriyyə Cəmiyyəti V Sumqayıt Kitab Sərgisində

Sumqayıt şəhərində artıq 5-ci dəfə təşkil olunan Kitab Sərgisində “Dayaq” Xeyriyyə Cəmiyyəti olaraq, himayəmizdə olan ailələrlə birlikdə iştirak etdik.

Sərgi çərçivəsində azyaşlı iştirakçılar nəşriyyat və kitab mağazalarının stendləri ilə tanış oldular, eyni zamanda ölkəmizin tanınmış və nüfuzlu yazıçılarını canlı dinləmək imkanı qazandılar.

Ekskursiyanın sonunda isə @librakitab.az , @agillibala.az və @altun.kitab nəşriyyatlarının dəstəyi ilə balacalara kitablar hədiyyə olundu.

Qarşıdakı günlərdə bu kitabları birlikdə oxuyacaq və müzakirə edəcəyik. ❤️

Bu dəyərli təşəbbüsə və uşaqların sevincinə ortaq olduqları üçün Libra kitab, Ağıllı bala və Altun Kitab nəşriyyatlarına dərin təşəkkürümüzü bildiririk. ❤️

karusel 4
karusel 5
karusel 2
karusel 7