“Dayaq” Xeyriyyə Cəmiyyətində bu dəfə 10–15 yaş aralığındakı uşaqlarla xüsusi təlim keçirildi.💛
Psixoloq Sona İbrahimova uşaqlarla qrup seansları vasitəsilə onların emosional ifadə, özünəinam və sosial bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təlim keçdi.

Layihənin məqsədi bir ailəyə mənəvi dayaq olmaq.
Qeyd edək ki, daha öncə həmin uşaqların valideynləri ilə də təlim keçirilmişdi.

Bu layihədə göstərdiyi peşəkar və səmimi könüllü dəstəyə görə psixoloq Sona İbrahimovaya təşəkkür edirik.
Onun kimi mütəxəssislərin iştirakı sayəsində “Dayaq” ailəsi daha çox uşağa və ailəyə toxuna bilir.

📣 Əgər siz də bir uşağın həyatında fərq yaratmaq istəyirsinizsə, “Dayaq” könüllüləri sırasına qoşulun!

image 50
image 49