Sağlamlıq imkanları məhdud, II qrup əlil və ayaq nahiyəsindən serebral iflic diaqnozu olan ehtiyaclı Sevil İsmayılovaya könüllü həkimimiz Dr. @ilkin_adigozalov tərəfindən tamamilə təmannasız stomatoloji xidmət göstərilmişdir. Sevil xanımın həyat yoldaşı da II qrup əlildir və himayəsində xəstə azyaşlı övladı var.

Uzun illərdir layihələrimizə dəstək göstərən dəyərli həkimimizə və DentalArt estetik klinikasının kollektivinə dərin minnətdarlığımızı bildiririk! 💚