“Dayaq” Xeyriyyə Cəmiyyətində könüllü müəllimimiz Nigar Şirinovanın iştirakı ilə şahmat dərsləri keçirilir. ♟️
Xeyriyyə fəaliyyətimizin əsas istiqamətlərindən biri də müxtəlif peşə sahiblərinin könüllü peşə ianələrini qəbul etmək və bu dəyərli dəstək vasitəsilə aztəminatlı ailələrə töhfə verməkdir.
Bu dəfə isə könüllü şahmat müəllimi Nigar Şirinova aztəminatlı ailələrin övladlarına şahmat dərsləri keçərək onların həm zehni, həm də sosial bacarıqlarının inkişafına dəstək olur.
Hazırda cəmiyyətimizdə şahmat dərsləri həftədə 2 dəfə, səhər və günorta saatlarında təşkil olunur.
Nigar xanıma bu xeyirxah təşəbbüsünə və dəyərli töhfəsinə görə dərin təşəkkürümüzü bildiririk.🩷