Ehtiyaclı ailəmizin övladı Səxavət Musalı diş şişkinliyi və ağrıları səbəbilə bizə müraciət etmişdir. Mansur həkimə, Ülkər həkimə və MN Dental Group kollektivinə pasientin vəziyyətini dəyərləndirərək təcili tibbi müdaxilə həyata keçirdikləri və retensiyon dişin çəkilməsi əməliyyatını uğurla icra etdikləri üçün təşəkkürümüzü bildiririk. Həmçinin, layihəmizə təmənnasız və könüllü dəstək göstərdiklərinə görə dəyərli həkimlərimizə minnətdarlığımızı ifadə edirik.💚