Ramazan ayında ehtiyacı olan ailələrə siz də ərzaq yardımı edərək dəstək ola bilərsiniz.🙏🏻❤️
“Dayaq” xeyriyyə olaraq əsas fəaliyyətlərimizdən biri ailələrə ərzaq yardımlarının çatdırılmasıdır. Bu ay xeyirsevər insanların dəstəyi ilə daha çox ailəyə yardım etməyi hədəfləyirik.
İanəçilərimiz bir neçə formada ərzaq yardımı edə bilərlər: • Ərzaqları özləri hazırlayıb birbaşa ailələrə çatdıra bilərlər. • Ərzaqları “Dayaq” xeyriyyəyə təhvil verərək bizim vasitəmizlə ailələrə çatdırılmasını təmin edə bilərlər. • Pul ianəsi edərək ərzaqların alınmasına və ehtiyacı olan ailələrə çatdırılmasına dəstək ola bilərlər.