Ramazan bayramını azyaşlılarla birlikdə qeyd etdik 💙

Artıq ənənəyə çevrilən Ramazan tədbirimizi bu il də həyata keçirdik. Təxminən 1 aylıq hazırlıq müddətində komandamızla birlikdə uşaqlar üçün xüsusi Ramazan boxçaları hazırladıq və tədbir günü onları sevindirdik.

Təxminən 3 saat davam edən proqramda 60 uşaq @misafir_restaurant_banquet -ın təqdim etdiyi yeməklərdən dad aldı, @verbal_tedris_merkezi_ -nın təşkil etdiyi proqramla əyləncəli vaxt keçirdi.

Sonda isə uşaqlara Ramazan boxçaları təqdim olundu. Boxçaların hazırlanmasında dəstək olan @sufle.az@splat.azerbaijan və @librakitab.az a təşəkkür edirik.

Sizin dəstəyinizlə 150 uşağı bayram günlərində sevindirə bildik. Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirik 🤍

https://www.instagram.com/p/DWMRiJdjPkc/