“Dayaq” Xeyriyyə Cəmiyyəti və @cavad.artacademy rəsm studiyasının birgə təşəbbüsü ilə azyaşlılar üçün rəsm master-klassı keçirildi.🎨

“Dayaq” Xeyriyyə Cəmiyyəti olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri azyaşlıların zehni inkişafına və sosiallaşmasına töhfə verməkdir. Məhz bu məqsədlə @cavad.artacademy rəsm studiyasının könüllü təşəbbüsü və yaratdığı əlverişli şərait sayəsində balacalar üçün rəsm master-klassı təşkil olundu.

Master-klass müddətində məktəblilər akvarel texnikası ilə işləmə bacarıqlarını öyrəndilər və bu proses onların yaradıcılıq potensialını üzə çıxarmağa imkan yaratdı.💛

Qeyd edək ki, azyaşlılara yönəlmiş bu cür master-klassların silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. Rəsm studiyası, emalatxanası və ya yaradıcılıq məkanı olan şəxslər ehtiyaclı ailələrin övladlarına könüllü şəkildə dəstək göstərmək istədikləri təqdirdə, bizimlə əlaqə saxlaya bilərlər.

Bu xeyirxah təşəbbüsə görə @cavad.artacademy rəsm studiyasına dərin təşəkkürümüzü bildiririk.🙏🏻

IMG 3647
IMG 3675
IMG 3603
IMG 3691