Ənənəmizə sadiq qalaraq bu il də ianəçilərimizin dəstəyi ilə “Qurban payı” layihəsini həyata keçirdik. Layihə çərçivəsində ailələrə həm ərzaq məhsulları, həm də qurban əti təqdim olundu.
“Dayaq” xeyriyyənin ofisində hazırlanan qurban payları daha sonra ailələrə çatdırılması üçün könüllü qruplarına təhvil verildi.
Könüllülərimizin iştirakı ilə ümumilikdə 75 ailəyə qurban payı çatdırıldı və “Qurban payı” yardımlarımız davam edir. Ümid edirik ki, edilən ianələr ailələrə az da olsa dəstək olar və onların yükünü bir qədər yüngülləşdirər.
Bu xeyirxah işdə yanımızda olan bütün “Dayaq” ailəsinə və dəyərli ianəçilərimizə təşəkkür edirik.🤍