Qızqayıt xanım, “Dayaq Xeyriyyə”nin himayəsində olan ehtiyaclı ailələrimizdən biridir.
Stomatoloji problemlərinə görə iş tapmaqda çətinlik çəkdiyini və tək böyütdüyü qızının ehtiyaclarını ödəməkdə çətinlik yaşadığını bildirdi. Xanımın müraciətinə əsasən, onu layihəmizin könüllü həkimi @doktor_g.a.c yönləndirdik. Günay həkimə könüllü və təmənnasız dəstəyinə, həmçinin pasientə göstərdiyi xüsusi qayğı və anlayışa görə təşəkkür edirik.💚