IMG 5883 1
IMG 20210828 WA0030 2
IMG 20210828 WA0032 1
IMG 20210828 WA0031
IMG 20210602 WA0060

LAYİHƏMİZİN MƏQSƏDİ AZTƏMİNATLI İNSANLARA, SAĞLAM TƏBƏSSÜM BƏXŞ ETMƏKDİR.

2017-ci ildən Dt.Rəfael Paşayevin təşəbbüsü ilə qurulmuş “Stomatoloji Dayaq” layihəmiz qayğıya ehtiyacı olan aztəminatlı ailələrə təmənnasız stomatoloji xidmətlər göstərməyə yönəlmişdir. Ehtiyaclı insanlara öz xidmətlərini təmənnasız təqdim edən stomatoloji peşə sahibləri və şirkətlər, eləcə də inzibati idarəetməni təmin edən ofis komandamız heyyətimizi təşkil edir. Ehtiyaclı insanlara öz peşələri vasitəsilə yardım göstərmək və layihəmizə töhfə vermək şövqü olan könüllülərimizin peşəkarlar olmağı bu xeyriyyə fəaliyyətinin yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edir.

“Stomatoloji Dayaq” layihəsinin məqsədi bahalı stomatoloji xidmətləri aztəminatlı ailələrə əlçatan etməklə onlara sağlam təbəssüm bəxş etməkdir. Ehtiyaclı insanların səhhətinin yaxşılaşdırılması, nitq qüsurlarının aradan qaldırılması, onlara estetik təbəssüm bəxş edilməsi və s. kimi xidmətlərin həyata keçirilməsi məqsədimizin özəyini təşkil edir.

Screenshot 2
Play Video