EHTİYACLI AİLƏLƏRİN ÖVLADLARINI DAHA SAĞLAM
YAŞAYIŞ MÜHİTİNDƏ BÖYÜDƏ BİLMƏYİ ÜÇÜN
KÖNÜLLÜLƏR VƏ XEYRİYYƏÇİLƏRLƏ BİRLİKDƏ ONLARIN
YAŞAYIŞ ŞƏRAİTİNİ YAXŞILAŞDIRMAĞA ÇALIŞIRIQ.
Yardım üçün olunan müraciətləri araşdırarkən aztəminatlı ailələrin yaşadıqları mənzillərdəki kommunal problemlər və digər çətinlikləri gördükdən sonra “Dayaq təmir və kommunal” layihəsi ideyasını reallaşdırmağa qərar verdik. Digər bütün layihələrimiz kimi, bu layihəmizi də könüllülərimiz vasitəsilə həyata keçirmişik. Layihəmiz könüllü ustalar və yığılan ianələr hesabına həyata keçirilir.
Ehtiyaclı insanların yaşadığı evlərin damlarının təmir olunmasından tutmuş kanalizasiya və su xəttlərinin çəkilməsi, evlərin istilik sistemi ilə təchiz olunması, qapı və pəncərələrin və məişət avadanlıqlarının təmin olunması və kommunal xərclərinin qarşılanmağına qədər xidmətlər layihə çərçivəsində icra edilir. Məqsədimiz himayəmizdə olan ehtiyaclı ailələrin daha sağlam yaşaya bilmələri üçün yaşayış şəraitini yaxşılaşdırmaqdır.