IMG 5617 scaled
image 6483441 6
7757e0a6 040b 4470 8dfe 526e5a8bfb1b
IMG 5547
8477ff50 85f1 47fe 8549 62447ddf4eb4
09a70698 252e 48aa 91ad b413265ab5de 1

CƏMİYYƏTƏ FAYDA VERƏ BİLƏCƏYİMİZ
MÜHÜM SAHƏLƏRDƏN BİRİ DƏ TƏHSİLDİR.

2016-cı ildən “Könüllü müəllim” layihəsinə start verilmişdir. Layihə aztəminatlı ailələrin övladlarının təhsil və tədris problemlərinin həllini nəzərdə tutur. Bu layihə çərçivəsində məktəbəqədər hazırlıq, ibtidai siniflər üçün, eləcə də yuxarı sinif şagirdləri üçün Azərbaycan dili, riyaziyyat, coğrafiya, ingilis dili kimi fənlər üzrə könüllü dərslər təşkil olunmuşdur.

Bundan başqa, 2017-ci ildən “Məktəbli aksiyası” keçirərək tədris ilinin başlanması ilə əlaqədar olaraq, məktəbliləri məktəbli forması, çantası və ləvazimatları ilə təmin etmişik. Keçən tədris ilində layihə çərçivəsində 9253 manatlıq büdcə ilə 117 məktəblinin, 2021-2022-ci tədris ilində isə 9354.70 manatlıq büdcə ilə 134 məktəblinin təhsil ehtiyacları ödənilmişdir

“Dayaq təhsil” məktəbəqədər, ümumi orta təhsil, repetitor xidməti, peşə hazırlığı, tələbə təqaüdü və digər sahələri əhatə edəcək proqramlara könüllü müəllimləri, təhsil şirkətlərini və digər sponsorları cəlb etməklə himayəmizdə olan ailələrin övladlarına daha böyük töhfələr verməkdədir.

TƏHSİL SAĞLAM CƏMİYYƏTİN ƏSASIDIR

Təhsil təkcə fərd üçün deyil, sağlam ailə, sağlam cəmiyyət üçün şərtdir. Bu mənada, himayəmizdə olan ehtiyaclı ailələrin övladlarının da təhsil qayğılarını diqqətdən kənarda qoya bilməzdik. Xeyriyyə fəaliyyətimizin digər istiqamətlərindən fərqli olaraq bu layihəmizdə tərəf müqabilimiz kiçik dostlarımızdır.

Ərzaq yardımı, tibbi yardım, kommunal, geyim və s. yardımlar qədər əhəmiyyətə malik olan təhsil yardımlarımız onların bugünkü ehtiyaclarının qarşılanmasından savayı gələcək həyatlarında da cəmiyyətdə öz yerini tapmağı və öz potensialını reallaşdırmağında böyük rol oynayacağına ümid edirik.

Hər tədris ilinin başlanğıcında “Məktəbli” layihəmiz çərçivəsində  aztəminatlı ailələrin övladlarını məktəbli ləvazimatları, geyimləri və çantası ilə təmin edir, onların zəruri təhsil ehtiyaclarının qarşılanmağında yardımçı oluruq. Onlara öz hədiyyələrini çatdırarkən kimisi gülümsəyib gözlərini qaçırır, kimisi yeni məktəb ləvazimatları və geyimlərini istifadə etmək üçün səbirsizləndiyini gizlətmir – eynilə, bizim uşaqlıqda etdiyimiz kimi. Kiçik dostlarımızın bu sevinci bizi bu işi daha da əzmlə, şövqlə davam etməyə ruhlandırır.

Təhsil sahəsində həyata keçirdiyimiz növbəti fəaliyyətimiz isə “Könüllü müəllim” layihəmizdir. Bu layihənin məqsədi aztəminatlı ailələrdə ailənin digər qayğıları üçün çalışan valideynlərin övladlarının təhsil qayğısını çəkməyində onlara dəstək olmaqdır.

Belə ki, layihədə kiçik dostlarımıza ixtisası üzrə fənnlərini təmənnasız tədris edən könüllü müəllimlərimiz onlara ev tapşırıqlarının hazırlanmasından tutmuş proqram üzrə hazırlıqlarına qədər yardımçı olurlar.