IMG 5663
IMG 5664 2
6256e7ea 3cdf 490c a47f 7cf96400f256
39b47ab6 09c1 45c5 a8d7 fc85cf2038cc
6749acb8 3287 4737 8625 b0828d5d03fa
IMG 5666

LAYİHƏ HİMAYƏMİZDƏKİ İNSANLARIN ƏRZAQ EHTİYACLARINI QARŞILAMAĞA XİDMƏT EDİR.

Xeyirsevər insanlardan toplanan ianələr hesabına həyata keçirdiyimiz və ehtiyaclı insanların ərzaq tələbatlarını  ödəməyə xidmət edən “Dayaq ərzaq” layihəsi      “Dayaq Xeyriyyə”-in ilk layihələrindəndir.


2007-ci ildən həyata keçirilən bu layihə ilə fasiləsiz olaraq hər ay 100-dən çox ailəyə ərzaq yardımları ilə dəstək olmuşuq. Belə ki,  “Dayaq Xeyriyyə” -ə müraciət etdikdən sonra araşdırılaraq himayəyə götürülən ehtiyaclı insanların ünvanlarına hər ayın sonu könüllülərimiz tərəfindən yardım səbətləri çatdırılır. Bundan başqa, ay ərzində bizə xeyriyyəçilərin birbaşa ərzaq şəklində təqdim etdiyi ianələrini də ehtiyaclılara paylayırıq.

Logistika prosesindəki insan və maddi resurslara qənaət, həmçinin, tərəfimizdən təqdim edilən standart paketlərdən fərqli olaraq ailələrin fərdi ərzaq seçimlərini (xəstəlik və ya zövqü ilə əlaqədar ərzaq seçimlərini) təmin etmək məqsədi ilə layihənin növbəti mərhələsi kimi aylıq ərzaq yardımını şəbəkələşmiş marketlərin plastik kartları və ya daha təkmil vasitələrlə həyata keçirməyi planlaşdırırıq.

Play Video