Dayaq Xeyriyyə” fondunun himayəsində olan, valideynlərini itirmiş və bacısı ilə birlikdə yaşayan Pərvanə Abbasova güclü diş ağrıları səbəbindən bizə müraciət etdi. Maddi imkanları məhdud olduğundan, diş problemlərini həll etdirmək imkanları yox idi. Fondumuzun dəstəyi ilə Eskulap Dental klinikasına yönləndirilən Pərvanənin müayinəsi aparıldı. Doktor Elnur Ağaverdiyev və Doktor Nərgiz Həmzəyovanın iştirakı ilə ona bir neçə prosedur icra olundu. Diş plombu qoyuldu, diş daşı və ərp təmizlənməsi həyata keçirildi, eyni zamanda çürük səbəbilə bir neçə dişin çəkimi icra olundu. Pərvanə indi sağlam gülüşü və ağrısız həyatına davam edə bilir. Ona göstərilən dəstəyə görə həkimlərimizə və klinikaya minnətdarlığımızı bildiririk.