“Sevgiilə” layihəsi çərçivəsində könüllü həkimimiz Toğrul Abdullayev tərəfindən sağlamlıq imkanları məhdud olan pasientə stomatoloji dəstək göstərilmişdir.
2005-ci il təvəllüdlü Nazlı Mirzəyeva Arnold–Kiari sindromu, hidrosefaliya, hər iki aşağı ətrafın parezi və hərəkət məhdudiyyəti ilə yaşayan I qrup əlilliyi olan bir pasientdir. Təəssüf ki, keçirdiyi yıxılma nəticəsində üst çənədə ön dişləri qırılmış, bu isə həm qidalanmasında, həm də ümumi nevroloji durumunda ciddi problemlərə səbəb olmuşdu.
Həkimimiz Toğrul Abdullayev tərəfindən Nazlıya stomatoloji terapiya və bərpa işləri həyata keçirildi. Eyni zamanda, müdaxilə zamanı tələb olunan sedasiya xərcləri də həkimimizin şəxsi vəsaiti hesabına qarşılandı.
Nazlıya göstərdiyi xüsusi diqqət və həssas yanaşmaya görə həkimimizə dərin təşəkkürümüzü bildiririk. 💚