“Sevgi ilə – Stomatoloji Dayaq” layihəsinin rəhbəri Rafael Paşayev 19 may tarixində Naxçıvan Dövlət Universitetində Stomatologiya ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirib.
Görüş zamanı Rafael Paşayev “Dayaq” Xeyriyyə Cəmiyyəti və “Sevgi ilə – Stomatoloji Dayaq” layihəsinin fəaliyyəti barədə təqdimatla çıxış edib. Bununla yanaşı, estetik stomatologiya mövzusunda da təqdimat nümayiş etdirərək, iştirakçılara bu sahə ilə bağlı faydalı məlumatlar verib.
Görüşün ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Naxçıvan Dövlət Universitetinə və Stomatologiya kafedrasının müdiri Rauf Cəfərova təşəkkürümüzü bildiririk.