Qucaq dolusu təşəkkürümüz var! – Məktəbi sevinclə gözləyən 126 məktəbli adından.
Onlar bu arzularına Allahın iznilə xeyirsevər insanlar tərəfindən edilmiş ianələr və hədiyyələr hesabına qovuşdular.
Məktəbli layihəsi çərcivəsində 126 məktəbliyə ümumilikdə 10952 manat məbləğində vəsait xərclənmişdir. Uşaqlar məktəbli geyimləri, çanta, məktəbli ləvazimatları və ayaqqabı ilə təmin olunmuşdur.
Bu işdə bizlərə dəstək olan şəxslərə – xüsusilə- @ofisait – a 7 məktəblini və Səidə Fətullazadəyə 10 məktəblini çanta və məktəbli ləvazimatları ilə təmin etdiklərinə görə təşəkkürümüzü bildiririk..