Ehtiyaclı ailənin övladı Məhəmməd Əşrəfov uzun müddət diş ağrılarından əziyyət çəkirdi və valideynləri müalicə üçün bizə müraciət etdilər. Pro İmplant klinikasında aparılan müayinədən sonra onun müalicəyə ehtiyacı olduğu təsdiqləndi. Baş həkim Emil İmanov və Doktor Turan Hümmətlinin iştirakı ilə Məhəmmədin diş müalicəsi həyata keçirildi. Müalicə çərçivəsində 4 ədəd süd dişinin apraksimal karies müalicəsi aparıldı və çürük səbəbilə 3 diş çəkildi. Məhəmmədin artıq sağlam dişlərə sahib olması və ağrılarının aradan qalxması onun həyat keyfiyyətini artırdı.