Yeni təqvim ilinin başlanması münasibətilə könüllü bərbərlərimiz himayəmizdə olan ailələrin övladlarını sevindiriblər.
Namiq Daşdəmirovun təşəbbüsü ilə @namiq_barberclub -da bir araya gələn könüllü bərbərlər 20 aztəminatlı ailənin övladına təmənnasız xidmət göstərərək onların saçlarını istəklərinə uyğun şəkildə kəsib formalaşdırıblar. Bununla yanaşı, uşaqlara yeni il hədiyyələri təqdim olunaraq sevinc dolu anlar yaşadılıb.
Bu xeyirxah və nümunəvi təşəbbüsə görə dəyərli Namiq bəyə və onun peşəkar komandasına dərin təşəkkürümüzü bildiririk. 💙✂️🎁
Siz də xeyirxah təşəbbüslərə qoşulmaq və birlikdə daha çox uşağın üzünü güldürmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
İman gətirib yaxşı işlər görənlər isə cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar. (Bəqərə. 82)