14 Fevral – Kitab Bağışlama Günü münasibətilə “Dayaq” xeyriyyə olaraq himayəmizdə olan ailələrin övladları ilə tədbir həyata keçirdik.☺️

Tədbir zamanı uşaqlara kitabın faydaları, yaxşı kitabların xüsusiyyətləri və azyaşlılar üçün ən dəyərli kitablar haqqında maraqlı təqdimat göstərildi.

Daha sonra Kariyera və Psixologiya Mərkəzinin rəhbəri @samirveliyev.kpm çıxış edərək kitabların gələcək iş həyatında və karyera yolunda oynadığı mühüm roldan danışdı və səmimi söhbəti ilə tədbirə xüsusi dəyər qatdı.

Tədbirin davamında uşaqlar əlfəcin boyama master-klassında iştirak etdilər.

Sonda isə tədbirimizi ən gözəl ənənə ilə, kitab bağışlama ilə yekunlaşdırdıq.💛

image 71
image 72
image 73
image 74