Karyera və Psixologiya Mərkəzinin Dayaq Xeyriyyə Cəmiyyəti ilə birgə həyata keçirdiyi “İsim” layihəsi çərçivəsində uşaqların ikinci sınaq imtahanının nəticələri müzakirə olunub.
Görüş zamanı nəticələr təhlil edilərək əvvəlki göstəricilərlə müqayisə edilib, uşaqların əldə etdiyi nailiyyətlər və inkişaf sahələri dəyərləndirilib. Daha zəif nəticə göstərən uşaqlara isə motivasiya verilib və onların gələcəkdə daha yaxşı nəticələr əldə etməsi üçün fərdi yanaşmalar müəyyənləşdirilib. 💛