SuperToys və Dayaq Xeyriyyə Cəmiyyəti birlikdə aztəminatlı ailələrin qızları üçün “İmkan yaradaq, xoşbəxt olsunlar” layihəsini həyata keçirdi.🌷
8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş layihədə rəngarəng animator şouları, maraqlı oyunlar və birlikdə kəsilən bayram tortu ilə uşaqlara unudulmaz anlar bəxş edildi. Uşaqlara SuperToys tərəfindən sevimli oyuncaqlar və hədiyyələr təqdim olundu.