İanəçimizin təşəbbüsü ilə himayəmizdə olan ailələr üçün iftar süfrəsi təşkil etdik.
Ramazan ayı paylaşmağın və birlik olmağın daha çox hiss olunduğu bir zamandır. Bu ayın ilk iftar süfrəsini də dəyərli ianəçimizin dəstəyi ilə həyata keçirdik.
20 nəfərlik süfrə ətrafında ailələrimiz birlikdə vaxt keçirdi, səmimi və xoş bir axşam yaşadı.