Sevgiilə layihəsi çərçivəsində keçirilən “Fırçala, Gülümsə, Parla” tədbirində @splat.azerbaijan dəstəyi ilə və @adsu_azerbaijan ’nın könüllü tələbələrinin iştirakı ilə uşaqların ağız və diş müayinələri aparıldı. Müayinələr zamanı uşaqlara düzgün diş fırçalama texnikası, gündəlik gigiyena qaydaları və erkən yaşlardan profilaktikanın önəmi haqqında məlumat verildi.

Müayinələrin nəticələrinə əsasən, bir çox uşaqlarda diş çürüməsi (kariyes), açıq dişləm flüoroz, crossbite, zərərli diş ərpi, open bite, və digər ortodontik problemlər müşahidə olundu. Bu hallar erkən müdaxilə və maarifləndirmənin nə qədər vacib olduğunu bir daha göstərdi.

Layihənin əsas tərəfdaşlarından biri olan @splat.azerbaijan şirkətinin dəstəyi ilə isə uşaqlara yaşlarına uyğun diş fırçaları və diş pastaları təqdim olundu. Bu hədiyyələr uşaqlarda ağız sağlamlığına olan marağı artırmaq və gündəlik vərdişləri aşılamaq məqsədi daşıyırdı.

Gülüşlərin və xoş emosiyaların müşayiəti ilə keçirilən gün, balaca iştirakçılar üçün həm əyləncəli, həm də sağlam gələcək üçün addım atdıqları bir gün oldu. ✨💙