“Amal” xeyiryyə ilə “Fırçala, Gülümsə, Parla” adlı maarifləndirici tədbir təşkil olundu.😇

“Sevgi ilə Stomatoloji Dayaq” layihəsinin təşkilatçılığı, Splat şirkətinin sponsorluğu, “Dayaq” xeyriyyənin ev sahibliyi və könüllü həkimlərimizin dəstəyi ilə “Amal” xeyriyyənin himayəsində olan uşaqlara ağız gigiyenası mövzusunda maarifləndirici təlim baş tutdu.

Təlimdə 18 azyaşlı iştirak etdi.

Tədbir zamanı könüllü həkimlərimiz uşaqlara ağız boşluğunun sağlamlığı haqqında maraqlı və öyrədici məlumatlar təqdim etdilər. Ardınca ağız maketi üzərində dişlərin düzgün fırçalanma qaydası göstərildi və balacalar da bunu praktik olaraq tətbiq etdilər.

Tədbirin sonunda azyaşlılara iştirakçı sertifikatları, həmçinin Splat şirkəti tərəfindən hədiyyə olunan diş fırçası və diş pastaları təqdim olundu.

Tədbirin ərsəyə gəlməsində bizə şərait yaradan “Dayaq” xeyriyyəyə və “Amal” xeyriyyəyə, könüllü həkimlərimiz Nilufər Kərimzadə və Nuray Mövsümzadəyə, sponsorumuz Splat şirkətinə və tədbirdə iştirak edən bütün azyaşlılara təşəkkür edirik.

https://www.instagram.com/p/DYe8F8KNiR4/

IMG 6065
IMG 6060
IMG 6126