Sosial şəbəkə, telefon zəngləri, veb-sayt, yönləndirilmə və digər vasitələrlərlə “Dayaq Xeyriyyə” –in könüllüsü olmaq üçün məlumatlarınızı göndərə bilərsiniz.
Yardım üçün edilən müraciətlər (sosial şəbəkə, telefon zəngləri, veb-sayt, yönləndirilmə və digər vasitələrlə) araşdırma qrupuna yönləndirilir. Araşdırma qrupunun üzvləri qeyd edilən ünvanlara getməklə xüsusi anket vasitəsilə müraciət edənin ailə vəziyyətini, sağlamlıq və yaşayış durumunu, aylıq gəlir və xərclərini – ehtiyaclılıq səviyyəsini müəyyən edərək müzakirəyə çıxarır. Araşdırma qrupunun təcrübəli üzvləri və bütövlükdə jüri gətirilən arqumentlərə, sənədlərə və məlumatlara əsasən müzakirələr aparır. Müzakirələrin nəticəsi kimi ehtiyaclılar səs çoxluğuna əsasən himayəyə götürülürlər. Ehtiyaclı himayəyə götürüldükdən sonra aidiyyəti üzrə müvafiq layihələrə yönləndirilir.
Sosial şəbəkə, telefon zəngləri, veb-sayt, yönləndirilmə və digər vasitələrlə ödəniş üsulları ilə tanış olub ianə edə bilərsiniz.
Yardım üçün edilən müraciətlər (sosial şəbəkə, telefon zəngləri, veb-sayt, yönləndirilmə və digər vasitələrlə) araşdırma qrupuna yönləndirilir. Araşdırma qrupunun üzvləri qeyd edilən ünvanlara getməklə xüsusi anket vasitəsilə müraciət edənin ailə vəziyyətini, sağlamlıq və yaşayış durumunu, aylıq gəlir və xərclərini – ehtiyaclılıq səviyyəsini müəyyən edərək müzakirəyə çıxarır. Qərar vermək üçün kifayət qədər məlumat olmadığı təqdirdə və ya şübhəli hallarda müraciət edənin yenidən araşdırılmağı tələb olunur. Araşdırma qrupunun təcrübəli üzvləri və bütövlükdə jüri gətirilən arqumentlərə, sənədlərə və məlumatlara əsasən müzakirələr aparır. Müzakirələrin nəticəsi kimi ehtiyaclılar səs çoxluğuna əsasən himayəyə götürülürlər. Himayəmizdə olan ailələr 3 aydan bir yenidən araşdırılır. İlkin araşdırıldığı dövrlə nisbətdə yaşayış səviyyəsi yaxşılaşmış, gəlirləri artan və (ya) xərcləri azalan ehtiyaclıların himayəmizdə qalması ilə bağlı qərar verilir. Beləliklə, ianələrin həqiqi ehtiyaclılara çatdırılmağının davamlılığını bu fəaliyyətimizlə təmin edirik.
Layihələr barədə informasiyalar, həmçinin layihələrə dəstək olmaq üçün məlumatları sosial şəbəkə, veb-sayt , vatsap və digər üsullarla əldə edə bilərsiniz.
Ailələrin verdiyi bütün informasiyalar rəsmi sənədlər vasitəsilə araşdırma qrupumuzun peşəkar və təcrübəli üzvləri tərəfindən yoxlanılır. Qərar vermək üçün kifayət qədər məlumat olmadığı təqdirdə və ya şübhəli hallarda müraciət edən yenidən araşdırılır.
Araşdırma qrupunun təcrübəli üzvləri və bütövlükdə jüri gətirilən arqumentlərə, sənədlərə və məlumatlara əsasən müzakirələr aparır. Müzakirələrin nəticəsi kimi ehtiyaclılar səs çoxluğuna əsasən himayəyə götürülürlər.
Könüllü həkim və diş texniklərinin qeydiyyatdan keçməsi üçün www.stom.dayaq.az saytını yaratmışıq. Pasiyentlərin qəbulu araşdırma qrupumuz və “YAŞAT” fondu tərəfindən tənzimlənir. Müraciət edənlər müvafiq qaydada araşdırıldıqdan sonra layihədəki xidmətlərdən yararlana bilərlər/
“Stomatoloji Dayaq “ layihəsinə həkim və texniklər könüllü olaraq qoşulublar və təmənnasız xidmət göstərirlər. “Stomatoloji dayaq” layihəsi ilə qayğıya ehtiyacı olan aztəminatlı insanlara, vətən müharibəsində canından keçən şəhidlərimizin əmanəti olan ailə üzvlərinə, eləcə də əlillik dərəcəsi olan qazilərimizə təmənnasız xidmətlər göstərmək qürüvericidir.
Dəqiq, ardıcıl və sistemli aparılan araşdırma prosesi, gətirilən arqumentlərə, sənədlərə və məlumatlara əsasən keçirilən müzakirələr və sonda səsçoxluğu ilə qəbul edilən qərar həqiqi ehtiyaclıların müəyyənləşməsinə imkan verir.
“Dayaq Xeyriyyə”-in könüllüləri belə məsuliyyətli işin öhdəsinnən böyük həvəslə gəlir.
Könüllü xeyirsevər insanlar
Könüllü xeyirsevərlər tərəfindən olunan fərdi yardımlar vasitəmizlə özlərinin iştirakı ilə ehtiyaclılara çatdırılır.