Sevgiilə” Stomatoloji Dayaq layihəsi çərçivəsində ehtiyaclı ailənin övladı Aysuya könüllü həkimimiz @dr.fattahpur_tahmina tərəfindən təmənnasız stomatoloji xidmətlər göstərilir.
Aysu hal-hazırda tələbədir. Ailənin bütün məsuliyyəti ananın üzərindədir. Ana üç övladını təkbaşına, dalandar kimi işləyərək böyütməyə çalışır və ailə hazırda kirayədə yaşayır. Aysunun dişlərində ortodontik problemlər olduğuna görə onu layihəmizin könüllü həkimi, dəyərli Təhminə Fəttah Pur- a yönləndirdik.
Göstərdiyi dəstəyə və həssas yanaşmasına görə həkimimizə təşəkkür edirik. 💚