“Sevgi ilə” Stomatoloji Dayaq layihəmiz çərçivəsində II Qarabağ Müharibəsində Vətən uğrunda canından keçən həmvətənimiz Namiq Mailovun övladı Cahid Mailova könüllü həkimimiz @drigbalsuleymanov təmənnasız stomatoloji xidmətlər göstərdi. Çənə qüsuru ilə müraciət edən pasiyentə həkim-ortodont İqbal Süleymanov tərəfindən breket qoyulmuşdur.

Başda Dr.İqbal Süleymanov olmaqla @real_dent_ klinikası kollektivinə peşəkar yanaşmasına görə dərin təşəkkürümüzü bildiririk.💚