Bir müddət əvvəl himayəmizdə olan üç ailənin soyuducuya ehtiyacı olması barədə aksiya elanından sonra hər 3 ailə soyuducu ilə təmin olundu.
✅ Ehtiyaclı ailələrdən ikisinə daimi ianəçilərimiz tərəfindən soyuducu bağışlandı.
✅ Xüsusi olaraq vurğulamaq istərdik ki, bu aksiyada bir ailəyə soyuducu aylıq ərzaq yardımları alış-verişindən toplanan əlavə dəyər vergisi(ƏDV) hesabına alındı. Bu da göstərir ki, sizin etdiyiniz hər bir dəstək böyük işlərə vəsilə olur.
🌟 Layihələrimizin həyata keçirilməsinə maddi dəstək olan və aktiv iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk. Sahib olduqlarımız qədər deyil, paylaşa bildiklərimiz qədər zənginik!