Həsən3
Həsən3
Həsən2
Həsən1

12 yaşlı Əbilzadə Həsən Anar oğlu Hidrosefaliya, birtərəfli hipooarez, septomatik epilepsiya xəstəliyindən əziyyət çəkir. Azyaşlı dostumuz Həsənin ailəsi bizə hidrosefaliya xəstəliyi ilə mübarizə aparmasından ötrü beyində normadan artıq toplanan “onurğa beyni mayesinin” həcminin tənzimlənməsinə tibbi müdaxilə üçün lazım olan “pumpa şunt” aparatının alınması ilə bağlı müraciət etmişdir. Bu mayenin miqdarının artması baş içindəki təzyiqin yüksəlməsinə və beynin zərər görməsinə səbəb olur. Həsənin müalicəsi ilə bağlı ailənin müraciəti qeydə alınmış və azyaşlı dostumuzun 5 il ərzində istifadə edə biləcəyi bu aparatın alınmağından ötrü konfrans büdcəsindən 2043 AZN (1200 dollar) dəyərində məbləğ ayrılmışdır.

Balaca dostumuza Allahdan şəfa diləyirik.

Təsdiqedici sənədlərlə aşağıdakı fotolar vasitəsilə tanış ola bilərsiniz.

 

SƏNƏDLƏR