Bu görüntülər, Uşaqların Müdafiəsi Günü münasibətilə himayəmizdə olan azyaşlıların xoş və unudulmaz gün keçirməsi üçün təşkil etdiyimiz tədbirdən əks olunur. Uşaqlar üçün günün daha əyləncəli və unudulmaz olması, ianəçimiz Ələsgər Şahmurovun göstərdiyi dəyərli dəstək sayəsində mümkün oldu. ✨

Gəzinti zamanı, dadlı təamları ilə süfrəmizi bəzəyən və ləzzətli anlar yaşadan @sufle.az -a təşəkkürümüzü bildiririk. Həmçinin, balaca dostlarımızın əylənməsi, xoş vaxt keçirməsi və bu günü tam zövq ilə yaşaması üçün bizə dəstək olan hər kəsə səmimi minnətdarlığımızı ifadə edirik. 🫂

Unutmayaq ki, insanın həqiqi var-dövləti sahib olduqları deyil, paylaşa bildikləridir 💛

Videoya keçid üçün: https://www.instagram.com/p/DKb9JWhMhAJ/

IMG 3059s