Biz “Dayaq” ailəsi olaraq 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba rayonunda himayəmizdə olan ailələrin övladları ilə bir araya gələrək unudulmaz bir gün keçirdik.
Birlikdə maraqlı oyunlar oynadıq, çay və nahar süfrəsi ətrafında xoş anlar paylaşdıq, balacaların sevincinə şərik olduq.
Uşaqların üzündəki səmimi təbəssüm və gözlərindəki sevinc bizim üçün ən dəyərli hədiyyədir. Arzu edirik ki, onların üzündən gülüş, qəlbindən sevinc heç vaxt əskik olmasın.
Əziz balacalar, hər birinizi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, sizə sağlam, xoşbəxt və rəngarəng bir gələcək arzulayırıq! 💙🌈✨