Əlizaman balamızın Türkiyənin “LİV” xəstəxanasında Prof.
Dr. İlhan Elmacı tərəfindən indirekt revaskülarizasyon əməliyyatının uğurlu keçdiyi məlumatını sizinlə bölüşmək istəyirik. Əlizamanın
anası Arzu xanımın əməliyyatın baş tutmasında, məbləğin toplanmasında əməyi
olan və konfransda iştirak edən hər kəsə təşəkkürü var.
Artıq Əlizaman Azərbaycana-evinə geri dönmüşdür. Səhhətində
ümumilikdə hər şey qaydasındadır və ailəsi ilə birlikdədir.
Vəd verdiyimiz kimi “I Stomatoloji Xeyriyyə konfransı”-dan
toplanan gəlirin ehtiyaclı ailələrin övladlarının sağlamlıqlarına qovuşması
istiqamətində həyata keçirdiyimiz 1 layihənin başa çatdığını sevinc və Uca
Allaha minnətdarlıq hissi ilə elan edirik.
Qeyd edək ki, Əlizamanın moyamoya xəstəliyindən qurtulmağı üçün
indirekt revaskülarizasyon əməliyyatının keçirilməsini əhatə edən layihəmiz
başladıqdan bitdiyi tarixə qədər xərcləri:
• Aviabilet xərcləri – 1 535.00 AZN;
• Cərrahi əməliyyatın həyata keçirilməsi üçün ödəniş –$ 15 000.00
ekvivalentində 25 537.50 AZN;
• Digər xəstəxana xərcləri – $3 278 ekvivalentində 5 580,795 AZN;
• Qonaqlama (otel) xərcləri – $1 200 ekvivalentində 2 043.00 AZN;
• Dərman xərcləri – 3 464 TL ekvivalentində 325,616 AZN və 10,60
AZN olmaqla cəmi 336,216 AZN;
• Ərzaq və digər gündəlik tələbat malları xərcləri – 3587.54 TL
ekvivalentində 337,2287 AZN
• Əməliyyat sonrası digər tibbi xərclərin qarşılanmağı üçün –
$451 ekvivalentində 767,82 AZN olmaqla, ümumilikdə 36 137.55 AZN təşkil
etmişdir.
Bu vəsaitin 4 436,00 AZN-i Əlizamanın sağalmağı üçün öncədən
paylaşdığımız çağırış postlarımız zamanı toplanmışdır.
Daha sonra əməliyyat sonrası dövr
üçün əlil arabasının alınması məqsədilə 450,00 AZN və fizioterapiya üçün 120,00 AZN
dəyərində məbləğ ayrılmışdır.
Beləliklə, azyaşlı dostumuz Əlizamanın müalicəsi məqsədilə konfrans
büdcəsindən 32 271.55 AZN xərclənmişdir.
Əlizaman balamızın əməliyyat və xəstəxana xərcləri ilə bağlı
ətraflı məlumat almaq üçün aşağıdakı qəbz və sənədlərlə tanış ola bilərsiniz.
Şərh yaz