WhatsApp Image 2022 08 02 at 23.38.01

Warning: printf(): Too few arguments in /home6/dayaqweiunbf/public_html/wp-content/themes/loveicon/inc/template-tags.php on line 50

Ümidin ikinci əməliyyatı uğurla yekunlaşdı.

Qəlblərinizi sevinc hissi ilə dolduracaq bir məlumatı sizlərlə bölüşmək istərdik. Yəqin ki, keçən paylaşımlarımızdan kiçik dostumuz Ümidi xatırlayırsınız. Ümid balamızın ailəsi bizə müraciət edəndə kiçik dostumuz anadangəlmə çənə qüsuru ilə bağlı nəfəs almaqda belə çətinlik çəkirdi. Biz də sizlər kimi xeyirsevərlər sayəsində qısa müddətdə Ümidin əməliyyat olunmağından ötrü xüsusi aparatın alınmağı üçün aylar əvvəl həyata keçirdiyimiz aksiyada lazım olan vəsait toplanmış və xüsusi aparat Almaniyadan sifariş edilmişdir. Əməliyyatı isə Türkiyənin məhşur cərrahı Dr.Mustafa Sancar öz öhtəsinə götürüb Bakıya gəlmişdi. Mustafa bəyin dediyi kimi, onun üçün ən böyük sevinc kiçik dostunun xoşbəxtliyi idi, ona görə də əməliyyatı tam təmannasız həyata keçirmişdir.
Ümidin ikinci əməliyyatını həyata keçirmək üçün Mustafa bəy yenidən Bakıya gəldi və uğurlu keçən bu əməliyyatı da Mustafa bəy təmannasız şəkildə öz öhtəsinə götürmüşdür. Əvəzsiz xidmətlərinə və böyük ürəyinə görə Dr. Mustafa Sancara dərin təşəkkürümüzü bildiririk.
Bakıda baş tutan hər iki əməliyyatın bütün texniki təşkilatçılığını həyata keçirməklə əməliyyatlarda birbaşa iştirak edən, bu uzun prosesdə başdan sona dəstəyini əsirgəməyən PhD.Dr.Vüqar Qurbanova fədakarlığına və təmənnasız əməklərinə görə, Akademik Mirqasımov adına Respublika Klinik xəstəxananın rəhbərliyinə, Üz-çənə Cərrahiyə və Anesteziologiya şöbəsinin bütün əməkdaşlarına və TƏBİB-ə dərin təşəkkürümüzü bildiririk. Avqustun 1-i baş tutan ikinci əməliyyat da uğurlu keçdi və artıq Ümid evinə yollanıb, anası Zülfiyyə xanım oğlunun sağlamlığına qovuşduğuna görə sevincini bizlərlə bölüşdü, Ümidin səhətinin hazırkı durumundan məmnun olduğunu söylədi və bir ana kimi dualarını əsirgəməyən hər kəsə təşəkkür etdi. Biz də DAYAQ Xeyriyyə olaraq bu yolda bizə maddi və mənəvi dəstək olan xeyirsevərlərə minnətdarlığımızı bildiririk, Allah bizdən qəbul etsin.