CƏMİYYƏTƏ FAYDA VERƏ BİLƏCƏYİMİZ
MÜHÜM SAHƏLƏRDƏN BİRİ DƏ TƏHSİLDİR.

2016-cı ildən “Könüllü müəllim” layihəsinə start verilmişdir. Layihə aztəminatlı ailələrin övladlarının təhsil və tədris problemlərinin həllini nəzərdə tutur. Bu layihə çərçivəsində məktəbəqədər hazırlıq, ibtidai siniflər üçün, eləcə də yuxarı sinif şagirdləri üçün Azərbaycan dili, riyaziyyat, coğrafiya, ingilis dili kimi fənlər üzrə könüllü dərslər təşkil olunmuşdur.

Bundan başqa, 2017-ci ildən “Məktəbli aksiyası” keçirərək tədris ilinin başlanması ilə əlaqədar olaraq, məktəbliləri məktəbli forması, çantası və ləvazimatları ilə təmin etmişik. Keçən tədris ilində layihə çərçivəsində 9253 manatlıq büdcə ilə 117 məktəblinin, 2021-2022-ci tədris ilində isə 9354.70 manatlıq büdcə ilə 134 məktəblinin təhsil ehtiyacları ödənilmişdir

“Dayaq təhsil” məktəbəqədər, ümumi orta təhsil, repetitor xidməti, peşə hazırlığı, tələbə təqaüdü və digər sahələri əhatə edəcək proqramlara könüllü müəllimləri, təhsil şirkətlərini və digər sponsorları cəlb etməklə himayəmizdə olan ailələrin övladlarına daha böyük töhfələr verməkdədir.