ayaqqabi7
Əziz dostlar,
Elan etdiyimiz “Gəlin birgə addımlayaq!” aksiyamızın uğurla tamamlandığı xəbərini Sizinlə bölüşmək istəyirik.
Allaha şükür olsun ki, elan etdiyimiz sayda ayaqqabıların alınması üçün, eləcə də aksiya elan olunduqdan sonra gələn müraciətlərin də dəyərləndirilməsindən sonra 86 azyaşlı ehtiyaclının tələbatı ödənilmişdir.✅️
Qeyd olunmuş sayın 77 cütü toplanan 1 705.5 AZN məbləğ hesabına alınmış və ianə edilən 12 cüt ayaqqabıdan 9 cütü azyaşlılara hədiyyə olunmuşdur.
Bu yolda bizimlə addımladığınız üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edir, sahibkar Rövşən Göyüşova ayaqqabıları endirimli qiymətə təklif etdiyi üçün minnətdarlığımızı bildiririk.